Fevral ayının 4-də Biləsuvar rayonunun Təzəkənd kəndində lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Zeynallı Rəşid Mədəd oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki,
Azərbaycan Ordusunun Komando qüvvələrinin giziri olmuş şəhid Zeynallı Rəşid Mədəd oğlu 4 fevral 2000-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Ruslan Şirinov adına Təzəkənd kənd tam orta məktəbində təhsil almışdır. 2018-2020-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş və 2020-ci ilin avqust ayından müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. 44 günlük Vətən müharibəsində erməni qəsbkarlarına qarşı qəhrəmancasına vuruşmuşdur. 44 günlük Zəfərdən sonra Türkiyə Cumhuriyətində Kara Küvvetləri Komando okulunda təhsil almışdır. Geri qayıtdıqdan sonra Gizir hərbi rütbəsində Komando hərbi hissəsində xidmətə başlamışdır. 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21 sentyabr 2023-cü il tarixində Təzəkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Zeynallı Rəşid Mədəd oğlu Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Məlumat üçün onuda qeyd edək ki, Şəhid Rəşid Zeynalının atası Mədət Zeynallı I Qarabağ müharibəsinin veteranı, qardaşı Əziz Zeynallı isə 44 günlük Vətən müharibəsinin qazisi, 3 qrup Qarabağ müharibəsi əlilidir.