» » » Şəhid Azər Məmmədov doğum günündə yad edildi


Şəhid Azər Məmmədov doğum günündə yad edildi




Yanvar ayının 9-da Biləsuvar şəhərində antiterror tədbirləri zamanı şəhid olmuş Məmmədov Azər Sulduz oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarının MAHHXHQ olmuş Məmmədov Azər Sulduz oğlu 9 yanvar 1990-cı ildə Biləsuvar şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Ə.Eynullayev adına Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbində təhsil almışdır. 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılan antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21 sentyabr 2023-cü il tarixində Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədov Azər Sulduz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhid Azər Məmmədov ailəli olub 1 oğul və 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR