» » » Şəhid Məhəmməd Bilal oğlu Məmmədovun doğum günündə xatirəsi yad edildi


Şəhid Məhəmməd Bilal oğlu Məmmədovun doğum günündə xatirəsi yad edildi





Dekabr ayının 15-də Biləsuvar rayonun Ağalıkənd kəndində şəhid Məmmədov Məhəmməd Bilal oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun Komando qüvvələrinin giziri olmuş Məmmədov Məhəmməd Bilal oğlu 15 dekabr 1995- ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində Füzuli,  Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərində iştirak etmişdir. 2022-ci ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədov Məhəmməd Bilal oğlu Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə,  ölümündən sonra isə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhid Məhəmməd Məmmədovun adı əbədiləşdirilərək Ağalıkənd kəndində küçələrdən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi