
Biləsuvar Rayon İcra Hakimiyyətindən
"Bilesuvarinfo" ya verilən məlumata görə, qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Biləsuvar rayon təşkilatının sədri və ictimaiyyətin nümayəndələri hər iki şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüb.

Tədbir zamanı qəhrəman şəhidlərimizin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı oldu.
Hüseynov Ziyarət Mayıl oğlu 15 may 1994-cü ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuş, 2015-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə başlayıb.Ziyarət Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrində kiçik gizir rütbəsində çalışırdı.
Ziyarət Hüseynov aprel döyüşlərinin iştirakçısı olmuş və 44 günlük Vətən müharibəsində isə yaralanmışdır.Lakin müharibədən sonra yenidən hərbi xidmətini davam etdirmişdir.
Məmmədov Məhəmməd Bilal oğlu isə 15 dekabr 1995-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuş, 2020-ci ilin iyul ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlayıb. 2021-ci ilin dekabr ayından isə Azərbaycan ordusunun komando qüvvələrində gizir rütbəsində çalışırdı.

