Dekabr ayının 3-də Biləsuvar rayonunun Çaylı kəndində şəhid Əliyev Amid İlhamoviçin doğum günü ilə əlaqədar ailəsi ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və yaxınlarına baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ-sı olmuş şəhid Əliyev Amid İlhamoviç 3 dekabr 1999-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Çaylı kənd tam orta məktəbində təhsil almış və 2018-2019-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2020-cı ildən başlayaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və sentyabr ayının 28-də Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 1 oktyabr 2020-ci il tarixində Çaylı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əliyev Amid İlhamoviç ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Çaylı kənd küçələrindən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!