Noyabr ayının 16-da Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində şəhid Nəcəfli Sadiq Nüsrət oğlunun anım günü ilə əlaqədar ata ocağı ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olmuş şəhid Nəcəfli Sadiq Nüsrət oğlu 22 iyun 2000-ci ildə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Yuxarı Cürəli kənd tam orta məktəbində təhsil almışdır. 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olmuşdu. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Nəcəfli Sadiq Nüsrət oğlu ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!