Oktyabr ayının 19-da Biləsuvar rayonun Nərimankənd kəndində 2014-cü ilin avqust döyüşlərində şəhid olmuş Hüseynov Rahil Əfsər oğlunun anadan olmasının 30-cu il dönümü münasibətilə ailəsi ziyarət olunub.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və Nərimankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Asif Ağamalıyev iştirak edib. Tədbirdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılmış xatirəsi yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Allah rəhmət eləsin!