» » » Anım günlərində şəhidlərimiz yad edildi


Anım günlərində şəhidlərimiz yad edildi

Biləsuvar rayonunun Bəydili kəndində şəhid Gözəlzadə Ceyhun Nazim oğlu və şəhid Bağırlı Hikmət Qəhrəman oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olundu. 

"Bilesuvarinfo" xəbər verir ki, ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Ziyarət zamanı qəhrəman şəhidlərimizin  şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Gözəlzadə Ceyhun Nazim oğlu 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Gözəlzadə Ceyhun Nazim oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Bağırlı Hikmət Qəhrəman oğlu 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub.  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Bağırlı Hikmət Qəhrəman oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. 


Allah şəhidlərimizə rəhmət eləsin!


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR