Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb - FOTO


Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb - FOTO

18 iyun 2023, Bazar günü
763
0

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd edilib.

"Bilesuvarinfo"nun
məlumatına görə, tədbir qəhrəmanın ata yurdu olan Əliabad kəndində keçirilib.

Anım münasibəti ilə qəhrəmanının evi ziyarət edilib. Anım tədbirində rayon rəsmiləri, sakinləri və digər şəxslər iştirak edib.

Anma mərasimlərində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edib, M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən danışıblar.

Qeyd edək ki, o, 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək, 5 saat təkbaşına döyüşüb.
Ermənilər Azərbaycan hərbçisinin göstərdiyi bu igidlik qarşısında ağır itkilər verib. Bir neçə saat davam edən döyüşə düşmən əlavə qüvvə cəlb edib. Düşmən hərbi birləşməsi ilə təkbaşına döyüşən Mübariz İbrahimov qəhrəmancasına şəhid olub.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan