Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Vətən müharibəsi şəhidinin xatirə abidəsinin açılışı olub


Vətən müharibəsi şəhidinin xatirə abidəsinin açılışı olub

16 dekabr 2022, Cümə
617
0
Biləsuvarın Yuxarı Cürəli kəndində Vətən müharibəsi şəhidi Sadiq Nəcəflinin xatirə abidəsinin açılışı olub.

"Bilesuvarinfo"nun
məlumatına görə, mərasimdə rayon rəsmiləri, hərbçilər, qazilər, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar.

Daha sonra abidənin açılışı olub və önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Sadiq Nüsrət oğlu Nəcəfli 2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və şəhid olub.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan