Qardaşının yanında şəhid olan Teymur Abdullazadə anılıb

“Bilesuvarinfo” xəbər verir ki, anım mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azər Cəfərli, Yap Biləsuvar rayon təşkilatının əməkdaşı Atəş Məmmədli, şəhid valideyinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhidimizin valideyinlərinə və yaxınlarına başsağlığı verən ziyarət iştirakçıları, kənd qəbiristanlığında olaraq məzarını ziyarət edib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Teymur Abdullazadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!



















Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.