» » » Vətən müharibəsi şəhidi Elyar Məmmədovun ildönümü qeyd olunub


Vətən müharibəsi şəhidi Elyar Məmmədovun ildönümü qeyd olunub

Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan  Elyar Məmmədovun şəhadətinin ikinci ildönümü qeyd olunub. 

"Bilesuvarinfo" xəbə verir ki, mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azər Cəfərli, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ictimaiyyətin nümayəndələri iştirak edərək şəhidimizin əziz xatirəsini ehtiramla anıb, valideyinlərinə və yaxınlarına başsağlığı veriblər. 

Elyar Elbəyi oğlu Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş,  Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, 27 oktyabr 2020-ci il tarixində doğulduğu Ağalkənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elyar Məmmədov ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə"  və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan