Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Sehran Vəliyevin və Elvin Məmmədovun şəhadətinin ikinci ildönümü qeyd olunub.
"Bilesuvarinfo" xəbər verir ki, mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli,YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla anaraq, valideyinlərinə başsağlığı veriblər.
Şəhid Sehran Nizami oğlu Vəliyev 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Füzuli, Ağdərə, Qubadlı istiqamətindəki əməliyyatlarda və döyüşlərdə iştirak edib və Füzuli istiqamətindəki ağır döyüşlərin birində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalıb.Şəhidimiz doğulduğu Nəsimi kəndində dəfn olunub.
Şəhid Elvin Tərlan oğlu Məmmədov 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.Şəhidimiz doğulduğu Xırmandalı kəndində dəfn olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!