
“Bilesuvarinfo” xəbər verir ki, Behbudov Cəmil Həbulla oğlu 1977-cilin 26 fevralında Biləsuvar şəhərində zəhmətsevər bir ailədə anadan olub. Böyüdüyü ailədə, özündən böyük 6 bacı və 2 qardaşı var. Ailənin sonbeşiyi olması, onu bacı-qardaşların sevimlisi etmişdir.

Cəmil vətənə olan xidmətini cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə keçirib. Əsgər yoldaşları onun vətənpərvər bir oğul olmasından bu gün ağız dolusu danışır. 1998 –ci ilin 25 sentyabırında Füzuli rayonunun Alxanbəyli kəndində, Cəmilin də xidmətdə olduğu mövqeyimiz növbəti düşmən təxribatı ilə üzləşir. Bu döyüşdə Cəmil döyüş yoldaşlarını xilas edərək, özü şəhadətə yüksəlib.
Doğma övlad həsrətinə dözə bilməyən, gözü yaşlı Xanımbala ananın gözləri tutulub, bir il sonra həsrətilə qəlbi döyünən şəhid övladına qovuşub.
Allah rəhmət eləsin!.

