Şəhid Elxan Əhədovun 50 yaşı cənnətdə tamam oldu

"Bilesuvarinfo" xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları Səmədababad kəndində olaraq, kənd rəsmiləri və sakinlərlə birgə şəhidin ailə üzvlərini ziyarət edib.
Görüş iştirakçıları tərəfindən Səmədabab kəndində Heydər Əliyev parkında şəhidlərin abidə kompleksi və kənd qəbiristanlığında şəhid Elxan Əhədovun məzarı ziyarət edilərək, şəhidlərin ruhuna dualar oxunub.

Səmədabad kənd tam orta məktəbinin müəllimləri - Tarix Vüsallı və Abuzər Əhədov şəhid məzunlarının şərəfli həyat yolundan, qəhrəmanlıqlarından qürürla danışdılar. Bildiriblər ki, kəndimiz Vətən torpağlarının azadlığı uğurunda 8 şəhid verib, Vətən uğrunda cəsarətlə vuruşaraq şəhid olan, həmçinin döyüşlərdən qəhrəman kimi qayıdan cəsur, igid, Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq.

Görüşdə şəhid ailələrinə dövlət qayğısından danışılıb. Şəhid qardaşı dövlət qayğısına görə və görüşə gələn qonaqlara öz minnətdarlığını ifadə edib.





Allah rəhmət eləsin!
Oxşar mövzu:
http://bilesuvarinfo.az/783-sinif-yoldaslari-dostlarinin-sehadetininin-28-ci-ilinde.html
Müzakirə edin
Həmçinin oxuyun:

18 iyul 2022, Bazar ertəsi
“Vətən sevgisinin bənzərsiz tərcümanları olan şəhidlər, hər birimizin qüruru, vüqarı və fəxridir ”
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.