» » » İqbal Astanlının xatirəsi anıldı


İqbal Astanlının xatirəsi anıldı

Bu gün Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan İqbal Astanlının doğum günüdür.

“Bilesuvarifo” xəbər verir ki, rayon rəsmiləri və ictimaiyyəti nümayəndələri II Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan İqbal Astanlının doğum günü münasibəti ilə ailəsini ziyarət edilib. Şəhidin məzar ziyarətində olan qonaqlar, onun  ruhuna dualar oxuyub. 
Görüşdə şəhidin şərəfli həyatı və döyüş yolundan, torpağa, milli - mənəvi dəyərlərə bağlılığından, müqəddəs şəhidlik zirvəsinə ucalarkən göstərdiyi şücayətlərdən danışılıb. Şəhid ailəsinin qayğıları ilə maraqlanan Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov bildirmişdir ki, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə canlarını Vətənə fəda edən qəhrəmanları xatırlamaq öncə hər bir kəsin vətəndaşlıq borcudur. Xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda həkk olunması üçün dövlətimiz tərəfindən lazımi işlər ardıcıl həyata keçirilir. Bu gün olduğu kimi, hər zaman, gələcək  nəsillər də Vətən müharibəsi qəhrəmanlarının ölməz qəhrəmanlıqlarından qürürla danışacaq.

Anım mərzsimində şəhidin valideyinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Qeyd edək  ki, Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. N.Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbində otra təhsilini başa vurub. Azəbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 

O, kiçik yaşlarından idmanla məşğul olmuş, respublikada keçirilən idman yarışlarında güləş üzrə dəfələrlə çempion olmuş, müxtəlif medallarla təltif olunmuşdur. Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd idi. Rayonun savadlı, aktiv gənclərindən olub, göstərdiyi xidmətlərə görə Biləsuvar rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikası Güləş Federasiyası tərəfindən Fəxri Fərmanlar və diplomlara layiq görülüb.

İqbal Astanlı Vətən müharibəsində Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə İqbal Astanlı ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!
mənbə: http://bilesuvar-ih.gov.az/.../veten-muharibesinde-boyuk...
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR