Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » I Qarabağ müharibəsi şəhidi doğum günündə anılıb


I Qarabağ müharibəsi şəhidi doğum günündə anılıb

27 iyul 2022, Çərşənbə
1 944
0

I Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən ( itkin düşən ) şəhid Əliyev Ehtiram Canəli oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olunub. 


"Bilesuvaronfo" xəbər verir ki, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı Samir Ağayev və Aşağı Cürəli kənd ərazi partiya təşkilatının sədr müavini Elvin Şirinov Aşağı Cürəli kəndində şəhidin ata yurdunu ziyarət edərək, ailənin qayğı və problemləri ilə maraqlandılar.

Görüşdə təşkilat sədri Kamil Qurbanlı bildirdi ki, bu gün birinci Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq.

Ziyarət zamanı dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Şəhidin qardaşı Samir Əliyev göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
         Allah rəhmət eləsin!

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan