- 3 avqust, 18:52
- 444 dəfə oxunub
- 0
Salyanda Azərbaycan Milli Kinosunun yaranmasının 125 illiyi qeyd edilib
"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri, Salyan rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri, kinorejissor Kürçaylı Məmmədov Azərbaycan kinosuna retrospektiv baxış edib, milli kinonun yaranması və keçdiyi keşməkeşli yoldan söhbət açıb.
Çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan kinosuna göstərdiyi diqqət və qayğıdan danışıblar.
Sonra filmlərimizdən müxtəlif epizodlar nümayiş etdirilib, filmlərə bəstələnən mahnılar Mərkəzin solistləri tərəfindən ifa olunub.
Tədbirdən sonra retro kino avadanlıqları sərgisinə baxış olub. Qeyd edək ki, "Azərbaycan kinosu - 125" adlı sərgi avqust ayının sonunadək Salyan rayon Mədəniyyət Mərkəzinin foyesində tamaşaçıların üzünə açıqdır. Giriş sərbəstdir.