» » Qəlblərdə əbədiyaşarlıq qazanan Ulu Öndər hər zaman xatırlanacaq


Qəlblərdə əbədiyaşarlıq qazanan Ulu Öndər hər zaman xatırlanacaq

Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür. On doqquz il bundan əvvəl Vətən öz böyük oğlunu itirmişdir. Ancaq geridə qalan bu illərdə Heydər Əliyev siyasətinin təntənəsinə şahid olmuşuq. Çünki on doqquz ildə Heydər Əliyev siyasəti davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir.

1993- cü il iyun ayının 15- də xalqımızın təkidli tələbi ilə Ümumilli Lider Heydər Əliyevin  siyasi hakimiyyətə qayıdışı ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoydu.  Xalqımız həmin günü" Milli Qurtuluş Günü " kimi müstəqil Azərbaycanın tarixinə yazdı. Onun Azərbycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictima- siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil quruculuq prosesi başlandı.

Azərbaycan xoşbət dövlətdir. Çünki onun Heydər Əliyev kimi dahi bir dühası, İlham Əliyev kimi Ali Baş Komandanı  var. Ulu Öndər Azərbaycanı məkirli qüvvələrdən, təcavüzkarlardan müdafiə etdi. Heydər Əliyev çoxsaylı islahatlar keçirərək, ölkəmizin inkişafını təmin etdi, Azərbaycanı dünyaya tanıtdı.O, milli dəyərləri üstün tutan, xalqın etimadını qazanmış  uzaqgörən siyasətçi idi. Böyük siyasi təcrübəyə malik olan dahi şəxsiyyət Azərbaycanın gələcək rifahı üçün əlindən gələni əsirgəməmişdir.

Ümumilli Liderin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir. Ulu Öndərin Azərbaycan xalqına bəxş etdiyi digər əvəzedilməz töhfə xalqımızın vahid idealogiya- Azərbaycançılıq idealogiya altında birləşməsidir, Vətənə sevgi, məhəbbətdir.

Yeni müstəqil Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasətçisi, ictimai-siyasi dövlət xadimi, elin xilaskar oğlu, nəğmələrdə deyildiyi kimi, el atası- Ulu Öndər Heydər Əliyev Azərbaycanın haqq səsidir. O, Azərbaycan dövlətinin və xalqının xilaskarıdır. Onun uzaqgörən siyasəti, insanlıq xüsusiyyətləri bənzərsiz, əvəzsizdur. Onun fiziki yoxluğu təkcə Azərbaycan xalqı üçün deyil, türk xalqı üçün də böyük itkidir. Amma nə xoş ki bu itkinin yerini dolduracaq Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, siyasi varis, dövlət rəhbəri cənab Prezident İlham Əliyev vardır. Bu gün xalq ata vəsiyyətini yerinə yetirən igid oğlu ilə, yenilməz sərkərdə ilə təsəlli tapır, qürur duyur və onun ətrafında sıx birləşib.

Tarix görkəmli fenomen şəxsiyyətlərin timsalında tarix kimi formalaşır. Ulu Öndər qərinələri özündə əks etdirən kitaba dönərək məhrəm könüllərdə, sadə insanların qəlbində əbədi yuva qurdu. Onu xalqa sevdirən saf mənəviyyatı, milli qeyrət və ləyaqətidir. Zamanın sərt sınaqlarından çıxmış Azərbaycanın ötən günlərini yada salanda nə qədər məyus olurduqsa,  bu gün 44 günlük misli görünməyən qələbəmizin gerçəkləşdiyini, tarixi ədaləti bərpa edən,  Prezident İlham Əliyevin xalqımıza bəxş etdiyi qələbə ilə bir o qədər sevinirik.

Heydər Əliyev dünyanın hegemon dövlət xadimləri, siyasətçiləri üçün necə bir siyasi məktəb yaratmışdısa da, onun varisi  Ali Baş Komandan İlham Əliyev də 44 günlük Vətən Müharibəsində dünyada analoqu olmayan hərb tarixində misilsiz sərkərdə olduğun göstərdi.

 Ulu Öndər Heydər Əliyev bütün fəaliyyətində xalqının yanında olub. O, ölkəmizin hər bir bölgəsində olaraq, millətinin güzaranı, fəaliyyəti ilə yaxından tanış olub. Onun Biləsuvara etdiyi 6 səfərin hər biri unudulmaz bir tarixdir. 

İllər ötüb keçsə də, qərinələr bir - birini əvəz etsə də, inamla deyirəm ki, siyasət zirvəsində Heydər Əliyevin yeri, müstəsna xidmətləri görünəcəkdir. Bu dahi şəxsiyyətin əsas prinsipi Azərbaycanı müstəqil dövlət səviyyəsində dünyanın nəhəng, sivil ölkələrinə tanıtmaq idi. O, bunu layiqli şəkildə bacardı. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Gülmalı Gülalıyev,
Heydər Əliyev məktəbinin direktoru 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR