Texnikaları, onların aqreqatlarını, qovşaqlarını və hissələrini korroziyadan mühafizənin kompleks təşkili və texnoloji tədbirlərin böyük əhəmiyyəti vardır. Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçisi Rəşadət Əskərov və Bitkiçilik sektorunun müdiri Elşən Musayev tərəfindən "Aqroservis" ASC-nin Biləsuvar rayon bölməsində və rayonun pambıq istehsalı və emali ilə məşqul olan şirkətlərdə texnikaların saxlanma və yaz tarla işlərinə hazırlıq vəziyyətinə baxış keçirildi.





