Çadr
» » Biləsuvarda şəhid qardaşı şəhid bacısı ilə evləndi - Fotolar


Biləsuvarda şəhid qardaşı şəhid bacısı ilə evləndi - Fotolar

22 noyabr 2026, Bazar günü
54
0
Biləsuvarda şəhid Ziyarət Hüseynovun qardaşı Vüqarla şəhid Zöhrab Kərimovun bacısı Günel ailə həyatı qurublar.

“Bilesuvarinfo” xəbər verir ki, rayonun şadlıq saraylarından birində keçirilən məclisdə şəhid ailələri, rayon rəsmiləri,  rayon ictimaiyyətinin nümayəndələri və ölkəmizin müxtəlif bölgələrindən gələn qonaqlar bir araya gələrək şəhidlərimizin doğmalarına mənəvi dəstək olub, onlara sevinc dolu anlar yaşadıblar.
Bu əlamətdar gündə iştirak edənlər gənclərin xoşbəxtliyinə şərik olub, onlara uzunömürlü, sevgi və səadət dolu ailə həyatı arzulayıblar.
Qeyd edək ki, hər iki şəhidimiz 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Azərbaycan Ordusunun kiçik giziri, şəhid Ziyarət Mail oğlu Hüseynov 1994-cü ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. O, 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində göstərdiyi şücaətə görə “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid olduqdan sonra isə III dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. Ailəli olan şəhidimizin bir övladı Vətənə yadigar qalıb.
Şəhid Zöhrab Azad oğlu Kərimovsa 2003-cü ildə Biləsuvar şəhərində anadan olub. Döyüşlərdə göstərdiyi fərdi şücaətə görə “Vətən uğrunda” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailənin yeganə oğul övladı olub.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.