Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Biləsuvar DAİM əməkdaşları tərəfindən texnikanın istismarı qaydalarına riaət etməyən traktorçu-maşinistlərin aşkarlanması məqsədilə reyd keçirildi


Biləsuvar DAİM əməkdaşları tərəfindən texnikanın istismarı qaydalarına riaət etməyən traktorçu-maşinistlərin aşkarlanması məqsədilə reyd keçirildi

04 dekabr 2024, Çərşənbə
1 406
0

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin texniki nəzarət müfəttişi tərəfindən  dövlət qeydiyyatından və illik texniki baxışdan yayınan kənd təsərrüfatı texnikası sahibləri ilə və traktorçu-maşinist sürücülük vəsiqəsi olmadan texnikaları idarə edən mexanizatorların aşkarlanması məqsədilə reyd keçirildi.

“BİLESUVARİNFO” xəbər verir ki, bütün rayon ərazisində keçirilən reyd zamanı dövlət qeydiyyatından və illik texniki baxışdan yayınan kənd təsərrüfatı texnikası sahiblərinin və traktorçu-maşinist sürücülük vəsiqəsi olmadan texnikaları idarə edən mexanizatorlar aşkarlanaraq məsuliyyətə cəlb olundular. Reyd zamanı bir nəfər texnika mülkiyyətçisinə müəyyən edilmiş müddət ərzində texniki baxışdan yayındığı üçün haqqında inzibati tənbeh növü seçilərək protokol tərtib edildi.  
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan