Bildirilir ki, hazırda mövsümlə əlaqədar əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, sürücüləri məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırırıq.
Kənd təsərrüfatı texnikalarının (traktor, traktor yedəyi, asma və qoşulan digər texnikalar) sahibləri texnikasını buraxılış ilindən aslı olmayaraq ildə bir dəfə dövlət texniki baxışdan keçirməlidir.
DİQQƏT!
Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 340.1 maddəsinə əsasən “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən kənd təsərrüfatı texnikasının sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş texnika icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Biləsuvar DAİM