Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Biləsuvarda bu il yeni salınan meyvə bağlarının sahəsi artırılıb


Biləsuvarda bu il yeni salınan meyvə bağlarının sahəsi artırılıb

16 avqust 2024, Cümə
327
0
Biləsuvar rayonunda bu il 17,26 hektar sahədə yeni meyvə bağları salınıb.

"Bilesuvarinfo"nun
məlumatına görə, ötən il isə 3,98 hektar sahədə meyvə bağları salınıb.

Rayonda bu il əsasən yeni salınan bağlarda badam (12 ha), ərik (1,46 ha), qoz (0,78 ha), alça (0,39 ha) və nar (0,34 ha) ağacları əkilib.

Biləsuvar rayonunda ümumilikdə 1 797.59 hektar meyvə bağları vardır. Bunların ən çox hissəsini nar (785,60 ha), ən az hissəsini isə limon (0,14 ha) əkinləri təşkil edir.

Qeyd edək ki, ötən il rayonda meyvə bağlarından 91 384,6 ton məhsul toplanıb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan