» » Dənli və dənli paxlalı bitkiçilik məhsullarının istehsalında fərqlənirik


Dənli və dənli paxlalı bitkiçilik məhsullarının istehsalında fərqlənirik

Avqustun 16-na olan operativ məlumata əsasən, Azərbaycanda payızlıq-yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 955,2 min hektar sahənin 936,5 min hektarı və yaxud 98 %-i biçilərək məhsulu yığılıb.

"Bilesuvarinfo"
bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sahələrdən 2 850 min ton məhsul toplanıb, məhsuldarlıq 30,4 sentnerə bərabər olub. Məhsulun 1 731,8 min tonunu və yaxud 60,8 %-ni buğda, 1 092,0 min tonunu (38,3 %-ni) arpa, 26,2 min tonunu (0,9 %-ni) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

23 rayonda və Naxçıvan MR-da dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 31 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 %-dən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90 %-dən aşağı olub.

Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 44,7 sentner), Bərdə (müvafiq olaraq 44,3), Tovuz (42,8), Sabirabad (42,6), Tərtər (40,9), Saatlı (40,7), Ağcabədi (40,4), Ağdam (40,3), Samux (40,0), İmişli (39,4) və Beyləqan (37,7) rayonlarında qeydə alınıb.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (192,3 min ton), Kürdəmir (135,1 min ton), Füzuli (125,7 min ton), Ağsu (115,6 min ton), Ağcabədi (113,8 min ton), İsmayıllı (110,7 min ton), Biləsuvar (96,7 min ton) və Sabirabad (93,1 min ton) rayonlarında müşahidə olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR