» » » Suvarma kanalına beton üzlük çəkilməsi su itkisinin qarşısın alacaq


Suvarma kanalına beton üzlük çəkilməsi su itkisinin qarşısın alacaq

Ölkədə əkin sahələrinin suvarılmasında yaranan çətinliklərin aradan qaldırılması məqsədilə görülən işlərdən biri suvarma kanallarına beton örtük çəkilməsidir. Biləsuvar rayonun Əsgərabad kəndinin ərazisində “R-1” suvarma kanalının da beton örtüklü olması ilə su itkisinin qarşısın əhəmiyyətli alacaq.

Bu barədə “Bilesuvarinfo” ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nəzdində, təmir və quraşdırma fəaliyyətilə məşğul olan idarənin sahə rəisi Ələkbər Nadirov məlumat verib.
Qeyd edilib ki, Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən Biləsuvar  rayonunda uzun illər torpaq məcralı kanal kimi istifadə olunmuş suvarma kanalında betonlama işləri görülür. Aparılan tədbirlər zamanı rayon üçün suvarmada xüsusi rolu olan kanalın sağ və sol sahilinə beton üzlük çəkilir. Uzun illər istismar olunan kanala beton üzlüyün çəkilməsi kanal vasitəsilə 3000 hektar əkin sahəsi asanlıqla suvarıla biləcək.

İdarə tərəfindən Biləsuvar rayonunda da su itkisinin qarşısının alınması və suyun fermerlərə itkisiz olaraq çatdırılması məqsədilə torpaq məcralı 5 km olan kanalın ilkin mərhələdə 600 metir məsafəsində beton üzlüyə alınmasına başlanılıb. Bunun üçün kanal lildən təmizlənir, torpaqla doldurulub kipləşdirildikdən sonra, yenidən qazılaraq betonlanır. Kanalın beton üzlüyə alınması ilə su itkisi minimuma endiriləcək.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR