» » » Biləsuvarda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub


Biləsuvarda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub

Biləsuvar rayonunda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olundu.

“Bilesuvarinfo” xəbər verir ki, meliorasiya işcilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsi önünə gül - çiçək düzərək, əziz xatirəsini ehtiramla anıblar.

Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin Akt zalında keçirilən  tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı F. Qürbətov meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara şərəfli fəaliyyətlərində xoş arzularını çatdırıb.
Tədbirdə Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev çıxışında bildirmişdir ki, ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılıb.  1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalamışdır.  Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzalayıb.
Ə.Babayev çıxışında aqrar rayon olan Biləsuvarda torpaq mülkiyyətçilərinin əkin sahələrinin suvarılmasında kollektivin üzərinə düşən misiyadan da  söz acaraq, onlara fəaliyyətlərində uğurlar arzuladı.
 Tədbirin sonunda rayon rəhbəri tərəfindən bir qrup su təsərrüfatı və meliorasiya işçisinə Fəxri Fərmanlar təqdim olunub.
Qeyd edək ki, peşə bayramları ərəfəsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamlarla bir qurup su təsərrüfatı və meliorasiya işçisi fəxri ad və orderlərlə təltif olunub. Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə Biləsuvar rayon “Cənubi Muğan" Kanalı İstismarı İdarəsinin mühəndisi Abışov İxtiyar Şükür oğlu da “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan