Biləsuvarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Şirvan - Salyan Regional Məşğulluq Filialının və Biləsuvar İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Yarmarkaya 30 yaxın dövlət və özəl müəssələr qatılıb. Ümumilikdə iş axtaranlara təklif olunan 800 - ə yaxın vokant iş yerlərindən 30 - u ali və orta ixtisas təhsili üzrə olub. Təklif olunan işlərdə aylıq əmək haqqının məbləği 300 manatdan 1400 manata qədər dəyişib. 













