“İdman həftəsi”nə start verilib
Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Biləsuvar rayonu üzrə Gənclər və İdman və Təhsil sektorlarının birgə təşkilatçılığı ilə bu gündən başlayaraq "İdman həftəsi"nə başlanılıb.
"Bilesuvarinfo" xəbər verir ki, ilkin olaraq rayon gəncləri və idmançıları arasında futbol, voleybol,tenis yarışlarına start verilib, məktəblərdə səhər gimnastikalarına başlanılıb və tir atıcılığı üzrə yarışlar təşkil olunub.
Bu məqsədlə keçirilən eko-aksiyada Bolqarçay çayının ətrafına atılmış məişət tullantıları gənclər tərəfindən təmizlənərək, aiddiyatı üzrə təhvil verilib.
Bundan əlavə “İdman həftəsi” çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar məktəblilərin “İdman və ekologiya” mövzusunda esse və rəsm müsabiqələrinin də keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbirlər 5 mart günü keçiriləcək idman yarışları və konsert proqramı ilə yekunlaşacaqdır.
Müzakirə edin
Həmçinin oxuyun:

25 dekabr 2023, Bazar ertəsi
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib – SƏRƏNCAM
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.