» » Rayonda məktəbli qızlar arasında voleybol idman növü üzrə rayon birinciliyinə start verilib.


Rayonda məktəbli qızlar arasında voleybol idman növü üzrə rayon birinciliyinə start verilib.

28 fevral 2024-cü il tarixində  Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksində 8 mart - Qadınlar gününə həsr olunmuş məktəbli qızlar arasında voleybol idman növü üzrə rayon birinciliyinə start verilib. 

"BİLESUVARİNFO" xəbər verir ki, 10 ümumtəhsil məktəb komandasından ümumilikdə 120 nəfər gəncin qoşulduğu yarışın ilk günündə N.Gəncəvi adına şəhər 1 nömrəli tam orta məktəbin komandası Əsgərabad kənd S.Babayev adına tam orta məktəbin komandası üzərində, Biləsuvar şəhər K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin komandası Xırmandalı kənd C.Məhərrəmov adına 1 nömrəli tam orta məktəbin komandası üzərində, Bağbanlar kənd A.Həsənov adına tam orta məktəbin komandası Əliabad kənd  M.Piriyev adına tam orta məktəbin komandası üzərində qələbə qazanmaqla növbəti mərhələyə vəsiqə qazanıb.

 Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd məktəbliləri voleybol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi