Elm və Təhsil Naziri Mehman Əliyevi direktor təyin etdi

Bilesuvarinfo" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə Mehman Fayaz oğlu Əliyev məktəb-liseyin direktoru təyin edilib. Bu vəzifəyə təyin olunanadək o, Şirvan-Salyan Regional Təhsil İdarəsində çalışıb. .
Qeyd edək ki, M.Əliyev Şirvan-Salyan Regional Təhsil İdarəsində çalışanadək sözügedən təhsil idarəsinin Biləsuvar rayon üzrə sektor müdiri vəzifəsini daşıyıb. Daha öncə, elə Biləsuvar şəhər K.Ağayev adına texniki fənnlər təmayüllü internat tipli məktəb-liseyin rəhbəri olub.
O, Səmədabad kənd orta məktəbində, ardınca M.İbrahimov adına Biləsuvar Təhsil kompleksində coğrafiya müəllimi və fənn üzrə koordinator vəzifələrində çalışıb. Lənkəran Dövlət Universitetində bakalavr, Sumqayıt Dövlət Universitetində magistr təhsilini alıb.
Mehman müəllimi təbrik edirik və fəaliyyətində uğurlar arzulayırıq!
Müzakirə edin
Həmçinin oxuyun:

07 iyul 2022, Cümə axşamı
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon üzrə sektor müdiri vəzifəsinə təyinat olub - FOTO

23 iyun 2022, Cümə axşamı
Şirvan-Salyan Regional Təhsil İdarəsi 36 məktəb üzrə direktor vəzifəsinə işə qəbul elan edib - SİYAHI
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.