
“Bilesuvarinfo” xəbər verir ki, tikintini işləri ilə tanışlıq zamanı F. Qürbətova aparılan tikinti işləri barədə ətraflı məlumat verilib. Qeyd olumuşdur ki, ən müasir tələblərə cavab verən 624 yerlik məktəb binası yanaşı, 100 yerlik oğlan və qızlar üçün yataqxanaların tikitisi də yekunlaşdırılmaq üzərədir. Bu infrastruktura daxil olan yeni yeməkxana və sanitar qovşaqlar da inşa edilib. Burada daha bir fərqlilik - STEAM layihəsinin tədbiqi olacaq. Bu məqsədlə tikintisi aparılan binada şagirlər mühəndislik vərdişlərinin və bacarıqlarının inkişafında yeni bir imkana sahib çıxacaq.

Qeyd edək ki, məktəb-lisey üçün yeni binaların tikitisi prezident İlham Əliyevin 30 dekabır 2019-cu il tarixli, 1752 saylı sərəncamına əsasən həyata keçirilir. Yeni inşa edilmiş məktəb-liseyin cari ildə istifadəyə verilməsi nəzərdə tutulur.




