» » Biləsuvarda 2 iaşə obyekti ilə bağlı qanunamüvafiq tədbirlər görülüb - ADLAR


Biləsuvarda 2 iaşə obyekti ilə bağlı qanunamüvafiq tədbirlər görülüb - ADLAR


Biləsuvarda 2  iaşə obyekti ilə bağlı qanunamüvafiq tədbirlər görülüb.

Bu barədə "Bilesuvarinfo"ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Belə ki, xidmət tərəfindən qeyri-qanuni yollarla əldə edilmiş vəhşi heyvan və quş ətinin iaşə və ticarət obyektlərində satışı və istifadəsinin qarşısının alınması ilə əlaqədar monitorinqlər keçirilib.

Biləsuvar rayonunda fəaliyyət göstərən “Cənnət bağı” və “Araz” adlı iaşə obyektində keçirilmiş monitorinqlər zamanı çöl quşu (qaşqaldaq və ördək) aşkar olunaraq götürülüb.

Aşkarlanmış nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb. Hazırda monitorinqlər davam etdirilir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan