» » Beynəlxalq Gənclər Günü qeyd edilib


Beynəlxalq Gənclər Günü qeyd edilib


Biləsuvar Rayon İcra Hakimiyyəti və Biləsuvar Gənclər evinin birgə təşkilatçılığı ilə 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.

"Bilesuvarinfo"nun
məlumatına görə, açılış nitqi ilə çıxış edən Biləsuvar Gənclər evinin direktoru Vəkil Cəfərli qonaqları və gəncləri salamlayaraq 12 Avqust - Beynəlxalq Gənclər Gününün təsis edilməsi barədə məlumat verib, son illərdə ölkəmizdə də bu əlamətdar günün qeyd olunmasını vurğulayaraq ümumilikdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin layiqincə yerinə yetirildiyini bildirib.

Çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova tədbir iştirakçılarını salamlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən qərar, fərman, strategiya və dövlət proqramlarının gənclər siyasətinin dəstəklənməsinə, ölkə gəncliyinin hərtərəfli inkişafına hesablandığını bildirib. Qeyd olunub ki, fiziki və mənəvi cəhətdən sağlam olan , dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir.

Yeni Azərbaycan Partiyasının Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı çıxışında hakim partiyanın gənclər siyasətinin icrasında gördüyü əhəmiyyətli işləri vurğulayıb, YAP gənclər birliyinin bu sahədə xüsusi fəaliyyət göstərdiyini bildirərək gəncləri təbrik edib.

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev və Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov Biləsuvar gənclərinin hər zaman fəal olduğunu bildirərək rayonun gənclər sahəsində əldə etdiyi uğurlar barədə məlumat verdilər.

Tədbir gənclərin iştirakıyla bədii hissə ilə davam edib. Sonda səmərəli fəaliyyətinə görə bir qrup gənc fəxri fərman və hədiyyələrlə təltif edildilər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR