
"Bilesuvarinfo" xəbər verir ki, tədbir Biləsuvar Gənclər Evində keçirilib. Öncə Dövlət himni səsləndirilmiş, Ulu Öndərin və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev ümummilli lider Heydər Əliyevin müvafiq fərmanına əsasən yaradılan Azərbaycan Gənclər və İdman Nazirliyinin yaradılmasının əhəmiyyətindən, ötən bu illər ərzindən uğurlu gənclər siyasətinin icrası üçün qəbul olunmuş Dövlət Proqramlarından ətraflı söz açdı.

Tədbirdə çıxış edən Gənclər Evinin direktoru Vəkil Cəfərli dövlətin gənclərə olan qayğısından söhbət açdı, gəncləri nazirliyinin yaradılmasının 28-ci ildönümü münasibətilə təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı. Digər gənclər mövzu ətrafında çıxış edərək, öz fikir və təkliflərini söyləyiblər.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun təşəbbüsü ilə təşkil olunan “Məlumatın düzgün ötürülməsi” adlı interaktiv oyun oldu.
Tədbir gənclərin maraqlı musiqi ifaları ilə davam etdirildi və sonda xatirə şəkilləri çəkildi.



