Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Ordu günündə müharibə iştirakçılarına medallar təqdim olundu - FOTOLAR


Ordu günündə müharibə iştirakçılarına medallar təqdim olundu - FOTOLAR

26 iyun 2022, Bazar günü
1 477
0
Biləsuvar rayonunda Azərbaycan Ordusunun yaradılmasının 104 illiyi qeyd edilib.

"Bilesuvarinfo" 
xəbər verir ki, tədbir Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun mərkəzi parkında açıq havada keçirilib.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli sakinlərlə yanaşı, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak edib.

Bayram tədbirində çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov bu günün əhəmiyyətindən söz açıblar. Həmçinin Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlar bir daha diqqətə çatdırılıb.

Tədbirdə bir qrup müharibə iştirakçısı və qaziyə medallar təqdim edilib.

Bayram tədbiri konsert proqramı ilə davam edib.
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan