» » Od çərşənbəsi fərqli təşkil olundu


Od çərşənbəsi fərqli təşkil olundu

Biləsuvar rayonunda Od çərşənbəsinə həsr olunmuş bayram tədbiri keçirilib.

“Bilesuvarinfo” xəbər verir ki, rayon İcra Hakimiyyətinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə od çərşənbəsinə həsr olunmuş bayram tədbiri rayonun Təzəkənd kəndində keçirildi. 
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  çıxış edərək Od çərşənbəsi münasibətilə rayonun, o cümlədən Təzəkənd kəndinin sakinlərini təbrik etdi və onlara xoş arzularını çatdırdı: “Milli dəyərlərə münasibətimiz, milli ənənələrimizə hörmətimiz bizi daha da gücləndirmişdir. Xalqımızın əsrlər boyu böyük təntənə ilə qeyd etdiyi Novruz bayramının çərşənbələri gəlişi ilə ölkəmizə, xalqımıza sevinc, xoş əhval-ruhiyyə bəxş edir. “

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun və kənd sakinlərinin iştirakı ilə bayram tonqalı qalandı. Şəhid ailələri və qazilər çıxış edərək xaqlımıza, elimizə əmin-amanlıq, sülh və firavalıq arzuladılar. Rayon sakinlərinə öz baytam təbriklərini çatdırdılar.

Qeyd edək ki, Od çərşənbəsi rayonda ötən illərdən fərqli olaraq təşkil edilmişdir. Belə ki, bayram keçirilən ünvanın kəndlərdən biri seçilməklə yanaşı,  Biləsuvar Regional Mədəniyyət İdarəsi tərəfindən qonşu rayonlardan mədəniyyət işciləri dəvət almışdır. Lənkəranın “Nənələr”, Lerikin  “Uzunömürlülər”, Masallının “Halay” və Salyan rayonundan olan “Cəngi” qrupları şənliyə xüsusi rəng qatmışdır. 

Şənlikdə respublikanın və rayonun musiqiçilərinin hazırladıqları geniş konsert proqramı təqdim olundu. Kənd sakinləri və gənclər arasında Novruz bayramı ənənələrinə uyğun olaraq bir çox maraqlı oyunlar keçirildi, müxtəlif bayram təamları hazırlandı, peşəkar və həvəskar rəssamların əl işlərindən ibarət sərgi təşkil olundu. 

Bayram tədbiri kənd sakinləri və qonaqlar tərəfindən böyük coşqu ilə qarşılandı.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər:

SON MƏQALƏLƏR