- 16 mart, 17:03
- 568 dəfə oxunub
- 0
Aşağı Cürəli kənd sakinlərini narahat edən suvarma suyudur
Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının yerlərdə qəbulu davam edir.
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı Faiq Qürbətovun növbəti görüşü və səyyar qəbulu Aşağı Cürəli kəndində keçirildi. Rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi səyyar qəbulda əvvəlcə Vətən uğrunda həlak olmuş şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə zamanı rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Biləsuvar rayonunda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial infrastruktur layihələri barədə sakinlərə məlumat verib. Qeyd etmişdir rayonda görülən bütün bu işlər yalnız bir amala xidmət edir: "Əhalinin yaxşı yaşaması və həyat səviyyəsinin daha da yüksəldilməsinə"
Aşağı Cürəli kənd əhalisinin problemləri dinlənilərkən vətəndaşlar tərəfindən qaldırılan əsas məslələ suvarma suyu ilə bağlı olmuşdur. Həmçinin, kəndin ərazisində olan şor kollektorunun uzun müddətdən bəri təmizlənilmədiyi söylənilib.
Daha sonra, sakinlərin təklifləri və onların səsləndirdikləri problemlər məsul şəxslərin iştirakı ilə yerindəcə müzakirə olunuraq, həlli üçün görüləcək işlər dəqiqləşdirilib. Başcı Faiq Qürbətov problemləri həlli məqsədi ilə aidiyyəti təşkilatlara öz tövsiyə və tapşırıqlarını verdi.
Qeyd edək ki, keçirilən səyyar görüşlər əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilədir. Qəbullar tərtib olunan qrafikinə uyğun olaraq həyata keçirilir.