Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Faiq Qürbətov səyyar qəbul və görüşlər keçirir


Faiq Qürbətov səyyar qəbul və görüşlər keçirir

09 mart 2022, Çərşənbə
509
0

Biləsuvar rayonunda əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə  rayon İcra Hakimiyyəti başçısı tərəfindən səyyar qəbullar keçirilir.

“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı Faiq Qürbətovun  növbəti görüşü və səyyar qəbulu Ismətli kəndində  keçirildi. Görüşdə  kənd sakinlərinin şikayət və təklifləri rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə dinlənilib.
Səyyar qəbulda İsmətli  kənd İcra nümayəndəsi Mübariz Mürsəlov   çıxış edərək kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi. O, qeyd etdi ki, İsmətli  kəndində 700 təsərrüfatda 4740 nəfər əhalisi olan kəndin ümumi torpağ fondu 2334 hektardır.

 Kənddə fəaliyyət göstərən təşkilatların, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyətindən danışan icra nümyəndəsi M. Mürsəlov ölkəmizin sosial, iqtisadi hətatında görülən işlərə görə sakinlər adından ölkə Prezidenti  cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi. 

Rayonda  kənd təsərrüfatı, xüsusilə pambıqçılıq yüksək sürətlə inkişaf edir. Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. Bu fikirləri də görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov sələndirmişdir. İsmətli  kənd əhalisinin problemlərini dinlədi və vətəndaşlar tərəfindən qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

Qeyd edək ki, başcı F. Qürbətovun mart ayında yerlərdə keçirilməsi  nəzərdə tutulan səyyar qəbulun qrafikinə uyğun olaraq Amankənd kəndində də görüş baş tutub. Bu ayın sonunadək  Aşağı Cürəli  və  Xırmandalı kəndlərində sakinlərlə də görüş olacaq.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan