» » “Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirildi


“Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirildi

Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin təşkilatçılığı ilə 8 noyabr-Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirildi.

"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdülər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və torpaqlarımızın azadlığı yolunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən  sonra çıxış edən Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 

Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov bildirdi ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və  işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.  Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 

Azərbaycan oğulları, o cümlədən doğulduğu Biləsuvar rayonunun adını qəhrəmanlar diyarı kimi tarixə yazdıran igid Biləsuvar oğulları da Qarabağ uğrunda gedən həm birinci, həm də ikinci Qarabağ müharibəsi zamanı döyüşlərdə xüsusi şücaət göstərərək, öz qəhrəmanlıqları  ilə ad qazanmışlar. 
Vətən uğrunda canını fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, Azərbaycan dövləti hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır.Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Azərbaycanın üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalanır. Bu gün hər bir azərbaycanlı dünyanın istənilən ölkəsində qürurla, qalib ölkənin vətəndaşı olaraq gəzir.Bu zəfəri xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bizlərə yaşatdı. Bu qələbə, Zəfər haqqında yüz illərlə danışılacaq.Təbii ki, bu gün gənc nəslin yetişməsində bu qələbəni yazan qəhrəmanlarımızın həyatı örnək olmalı və bu sahədə vətənpərvərlik tədbirləri vaxtaşırı olaraq təşkil edilməlidir.

Tədbirdə çıxış edən şəhid ailələri, qazilərimiz onların dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək, ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Tədbir Biləsuvar Regional Mədəniyyət İdarəsinin hazırladığı bədii proqramla yekunlaşıb.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər:

SON MƏQALƏLƏR