» » “DOST"da ictimai işlərə cəlb olunaraq dələduzluq edən şəxsin məhkəməsi başlayır


“DOST"da ictimai işlərə cəlb olunaraq dələduzluq edən şəxsin məhkəməsi başlayır

Özünü “DOST"un işçisi kimi təqdim edərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən Elman Nuriyevin məhkəməsi başlayır.

Bu barədə "Bilesuvarinfo"ya Biləsuvar Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunan Elman Nuriyevin özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin işçisi kimi təqdim edib həmin agentliyin, habelə digər vəzifəli şəxslərlə öz “əlaqələri” vasitəsi ilə dövlət özünəməşğulluq proqramı çərçivəsində növbədənkənar qaydada dövlət hesabına mal-qara ilə təmin edəcəyi barədə yalan vədlər verməklə 38 nəfər şəxsin ümumilikdə 19 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanan sübutlar əsasında Elman Nuriyevə Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2-ci (rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR