» » Biləsuvar sakinini beşinçi dəfə ilan sancdı


Biləsuvar sakinini beşinçi dəfə ilan sancdı

Biləsuvar sakinini ilan sancıb.

“bilesuvarinfo" xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Cəbrayılzadə Ramal Əzizağa oğlu həyətyanı sahədə ot toplayarkən onu ilan sancıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılan R. Cəbrayılzadəyə  zəruri tibbi yardım göstərilib, vəziyəti qənaətbəxşdir.

Qeyd edək ki, Ramalın bununla beşinci dəfədir  ki, ilan sancıb. Atası bildirib ki oğlunu ilk dəfə 2021-ci ildə elə həyətimizdə sancıb: “2022-23 illərdəki ilandancma Ramalın həyatı üçün təhlükə yaratdığından Bakı şəhərində, Toksikologiya  mərkəzində müalicə alıb”.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan