Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda dörd uşaq atası özünü asıb


Biləsuvarda dörd uşaq atası özünü asıb

27 mart 2025, Cümə axşamı
1 198
0
Biləsuvarda intihar hadisəsi baş verib. Dörd uşaq atası özünü asıb.

"Bilesuvarinfo"nun verdiyi xəbərə görə, hadisə rayonun Xırmandalı kəndində baş verib.

Kənd sakini 1976-cı il təvəllüdlü Qabil Kazımov səhər saatlarında yaşadıqları evin həyətində olan yem anbarında özünü asaraq intihar edib.

Q. Kazımovun bu addımı atmasına səbəb səhhətində yaranan problemlərin olduğu deyilir.

Qardaşının sözlərinə görə, o, səhhəti ilə əlaqədar işləyə bimirdi. Son vaxtlar ailə ehtiyaclarına görə sıxılırdı: "Ünvanlı dövlət sosial yardımına müraciət etmişdi, müəyyən səbəbdən imtina verilmişdi".

Qeyd edək ki, Q. Kazımov 4 uşaq atası idi.
Faktla bağlı araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan