
"Bilesuvarinfo" xəbər verir ki, intellektual oyun Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə təşkil olunub.Məktəbli qızlar “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş “8 sual – 8 cavab” adlı breyn-rinq intellektual oyunu üzrə rayon birinciliyibdə biliklərini sınayıb.
Yarışın açılışında çıxış edən Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev bayram münasibətilə iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş Azərbaycan qadını ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılmasına dəyərli töhfələr verib, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olub.
8 komanda üzrə 48 gəncin iştirak etdiyi iştirak etdiyi yarışlarda Texniki Fənlər Təmayüllü İnternat tipli məktəb-liseyin “Lady Power” komandası I yerə, Ağayrı kənd tam orta məktəbin “Difai” komandası II yerə, Əliabad kənd tam orta məktəbin “Zirvə” komandası isə III yerə layiq görülüb.
Qalib komandalar Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.


