» » Biləsuvarda “Hind quşu” festivalı keçirildi


Biləsuvarda “Hind quşu” festivalı keçirildi

Biləsuvar rayonunda növbəti “Hind quşu" festivalı keçirilib.

“Bilesuvarinfo” xəbər verir ki,  Biləsuvar Rayon İcra Hakimiyyətinin və "Azər Home Chef" şirkətinin təşkilatçılığı ilə keçirilən festivalda rayon rəsmiləri yerli və xarici qonaqlar, respublikanın ən məşhur aşpazları, media nümayəndələri  iştirak edib. 

Tədbir zamanı iştirakçıları salamlayan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov festivalın keçirilməsinin artıq 4-cü il olduğunu qeyd edərək bildirib ki, festival rayonda turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşımaqla yanaşı, həm də milli mətbəximizin təbliğinə xidmət göstərir.

Tədbirdə çıxış edən Mill Məclisin deputatı Bəhruz Məhərrəmov festivalla bağlı təəssuratlarını bölüşdü və iştirakçılara xoş istirahətlər arzuladı. 

Festival zamanı hind quşundan hazırlanmış onlarla müxtəlif çeşidli təam rayonumuzun sakinlərinə və qonaqlarımıza təqdim olunub. Ən dadlı təamlar hazırlayan aşpazlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Burada həmçinin müxtəlif səpgili tədbirlər, idman oyunları keçirilib, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş etdirilib. Bundan əlavə yerli kənd məhsullarından ibarət satış yarmarkası və kənd həyatını əks etdirən güşə fəaliyyət göstərib. 

Festival boyu müsiqiçilər tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan