Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda III Hind toyuğu Festivalı keçiriləcək


Biləsuvarda III Hind toyuğu Festivalı keçiriləcək

18 noyabr 2023, Şənbə
1 426
0
Biləsuvar növbəti Hind toyuğu Festivalı keçiriləcək.

Bu barədə "Bilesuvarinfo"ya rayon icra hakimiyyətindən məlumat verilib. 

Belə ki, 25 noyabr 2023-cü il saat 10:00-dan başlayaraq Biləsuvar şəhərindəki Mərkəzi Parkda Biləsuvar Rayon İcra Hakimiyyətinin və "Azeri Home Chef" şirkətinin təşkilatçılığı ilə möhtəşəm Hind toyuğu Festivalı keçiriləcəkdir.

Artıq üçüncü ildir ki, keçirilən Festivalda, Cənub bölgəsinin folkloru ilə tanışlıq və  həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirəcəyi, məşhur münsiflər heyətinin isə ən yaxşıları seçəcəyi “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçiriləcək. Tədbirdə yerli və paytaxt brendləri, yeməklərin dequstasiyası, əyləncə musiqili proqram, məşhur aşpazlardan ustad dərsləri, “Mən rəsm çəkirəm” adlı ən yaxşı rəsm müsabiqəsi, nərd çempionatı, müxtəlif idman yarışları və yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil ediləcəkdir. 

25 noyabrda Biləsuvar Mərkəzi Parkında keçiriləcək Hind toyuğu Festivalının möhtəşəm şənliyində həmişə olduğu kimi bu il də, Azərbaycanın müxtəlif bölgələrindən olan yerli və xarici qonaqlar iştirak edəcəkdir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan