- 17 noyabr, 10:47
- 691 dəfə oxunub
- 0
Xalid Əliyev: COP29 dünyanı fəlakətə aparan ekoloji problemlərin həllində bəşəri bir çağırışdır
Artıq bir neçə gündür ki, Bakı dünyada miqyasına görə ən geniş və nüfuzlu tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) ev sahibliyi edir. 196 ölkədən 72 min iştirakçının, o cümlədən 80 prezident, vitse-prezident və baş nazirin qatıldığı tədbir möhtəşəmliyi, yüksək təşkilatçılığı və müzakirə olunan mövzuların aktuallığı baxımından diqqətləri özünə çəkib.
Bu gün ekoloji problemlərin həlli yollarını birlikdə müəyyən etmək üçün dünya Azərbaycana toplaşıb. COP29 çərçivəsində keçirilən tədbirlər, iqlim problemlərinin yaratdığı təbii fəlakətlərin doğurduğu acı nəticələr, “yaşıl” enerji və digər mövzular ölkə ictimaiyyəti, alimlərimiz və müxtəlif sahələrin mütəxəssisləri tərəfindən də maraqla izlənilməkdədir.
COP29 yalnız ekoloji problemlərin həlli üçün deyil, həm də iqlim dəyişikliyinin dünya insanın bir arada olması baxımından əhəmiyyətlidir. Cənan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq, konsensusa nail olmaq və COP29-un uğur hekayəsinə çevrilməsi üçün səylərini əsirgəməyəcək.
Qlobal səviyyədə iqlim dəyişiklikləri bu gün qarşılaşdığımız ən ciddi problemlərdən biridir. Onun yaratdığı ekoloji, sosial və iqtisadi dəyişikliklər psixoloq Elnur Rüstəmovun sözləri ilə desək, yalnız təbiətə deyil, insanların psixoloji sağlamlığına da mənfi təsir göstərir: “Təbii fəlakətlər, yaşayış mühitinin dəyişməsi, gələcək haqqında qeyri-müəyyənlik kimi amillər insanlarda “ekoloji kədər” və ya “iqlim narahatlığı” kimi yeni psixoloji vəziyyətlər yaradır. İqlim dəyişikliyi ətraf mühitlə bağlı narahatlıq, stres və “eko həyəcan” adlanan psixoloji vəziyyətlərin artmasına səbəb olur. İnsanlar, xüsusilə gənclər və həssas qruplar gələcək nəsillərin yaşayış şəraiti və iqlim dəyişikliyinin təsirləri ilə bağlı ciddi narahatlıq keçirirlər. Bu narahatlıq onların emosional rifahına, gündəlik həyatlarına və ümumi psixoloji vəziyyətinə də mənfi təsir göstərir. Psixologiya qlobal dəyişikliyin yaratdığı stres və narahatlıqla mübarizədə fərdlərə emosional dəstək təmin edə, cəmiyyətin daha dözümlü və dayanıqlı olmasına köməklik göstərə bilər”.
Bəli, “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə ölkəmizin bütün dövlətləri yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirməyə çağırışı ölkəmizin dünyada artan hörməti və nüfuzunun yeni bir göstəricisidir.
Xalid Əliyev,
YAP Biləsuvar rayon təşkilatı, 33 saylı ərazi təşkilatının sədri