Çadr
» » Bu il Biləsuvarda şəkər çuğunduru sahələri 2 dəfədən çox artırılıb


Bu il Biləsuvarda şəkər çuğunduru sahələri 2 dəfədən çox artırılıb

01 iyul 2024, Bazar ertəsi
652
0
Bu mövsüm Biləsuvar rayonunda şəkər çuğunduru sahələri iki dəfədən çox artırılıb.

Bu barədə "Bilesuvarinfo"ya Biləsuvar Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu il 445 hektar sahədə şəkər çuğunduru bitkisi əkilib. Ötən il bu rəqəm 198 hektara bərabər olub ki, bu da illik müqayisədə 2,25 dəfə çoxdur.

Şəkər çuğundurunun məhsuldarlığı isə ötən il hektara 265,9 sentner olub.

Fermerlərin sözlərinə görə, şəkər çuğunduruna ildən-ilə marağın yaranmasına səbəb Biləsuvar rayonunda bu məhsulun iqlim şəraitində yüksək məhsuldarlıq verə bilməsidir.
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.