Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Dövlət Təhlükəsizliyi Xidməti orqanları işçilərinin peşə bayramı qeyd olundu


Dövlət Təhlükəsizliyi Xidməti orqanları işçilərinin peşə bayramı qeyd olundu

28 mart 2024, Cümə axşamı
1 422
0
Biləsuvarda Dövlət Təhlükəsizliyi Xidməti orqanları işçilərinin peşə bayramı qeyd olunub.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, DTX-nin Biləsuvar rayon şöbəsinin kollektivi və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Parkına gələrək Ulu öndərin abidəsini ziyarət etdilər.

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının bütün əməkdaşlarını, o cümlədən rayon şöbəsinin kollektivini 28 mart-Peşə bayramları münasibətilə təbrik edərək,  çətin və şərəfli işləridə yeni-yeni uğurlar arzuladı.

Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik Araz İsgəndərov onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan