- 28 mart, 16:02
- 796 dəfə oxunub
- 0
Biləsuvarda Dövlət Təhlükəsizliyi Xidməti orqanları işçilərinin peşə bayramı qeyd olundu
“Bilesuvarinfo” xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti Biləsuvar rayon şöbəsinin əməkdaşları peşə bayramlarını qeyd edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik orqanlarının formalaşmasında göstərdiyi misilsiz xidmətlərindən söz açıblar. Azərbaycanın qurucusu və memarı olan Ümummilli Liderin dövlət, xalq qarşısındakı misilsiz xidmətlərə bir daha nəzər salıblar.
Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov xidmətin əməkdaşlarını Azərbaycanın dövlət təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı qeyd edib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti milli maraqlarımızın və təhlükəsizliyimizin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyəti ilə tarixinin şərəfli səhifələrini yazır, dövlətin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir.
Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik Araz İsgəndərov onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi. O, bundan sonra da müstəqil Azərbaycanın inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd edib.